Qəbələdə maşın dərəyə aşdı: Sürücü öldü

05:00 05-10-2020 502

Qəbələ rayonunda “VAZ” markalı minik maşını dərəyə aşıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlu hadisə yerində ölüb.

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri onun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.