“Napoli” Qattuzonun koranavirusa yoluxması barədə xəbərlərə aydınlıq gətirib

06:40 05-10-2020 25

Bir neçə saat əvvəl “Napoli” klubu rəsmi açıqlama yayaraq, iki futbolçusu – Elif Elmasın, Petr Zelenskinin və klubun texniki heyətində çalışan bir əməkdaşın koronavirusa yoluxduğunu açıqlayıb.

Bu xəbər yayılandan dərhal sonra bir sıra nüfuzlu idman nəşrləri “Napoli”nin baş məşqçisi Cennaro Qattuzonun da COVID-19-a yoluxduğunu yazıb.

“Napoli” klubu mətbuatda dərc edilən xəbərlərə öz “Twitter” səhifəsində aydınlıq gətirib.

Klubun yaydığı açıqlamada qeyd olunur ki, baş məşqçi C.Qattuzonun koronavirusa yoluxması barədə xəbərlər əsassızdır.

Qeyd edək ki, bu gecə keçirilməli olan “Napoli” - “Yuventus” oyunu baş tutmayıb.

Neapol səhiyyə xidməti “Napoli”nin Turinə yollanmasına qadağa qoyub.