Trampın mətbuat katibi koronavirusa yoluxdu

00:40 06-10-2020 344

ABŞ Prezidenti Donald Trampın mətbuat katibi Keyli Makineni koronavirusa yoluxub.

Bu barədə K.Makineni “Twitter” hesabında yazıb.

“Bazar ertəsi aparılan COVID-19 testinin nəticəsi müsbət çıxdı, simptomlar yoxdur”, - deyə K.Makineni bildirib.

Qeyd edək ki, Donald Tramp və xanımı Melaniya oktyabrın 2-də koronavirusa yoluxub.