Bişkekdə polislə etirazçılar arasında toqquşma olub: Onlarla şəxs yaralanıb - VİDEO

01:00 06-10-2020 421

Qırğızıstanın paytaxtı Bişkekdə etirazçılarla polis arasında baş verən toqquşmalarda yaralananların sayı 16-ya çatıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Son məlumata görə, Qırğızıstan paytaxtının mərkəzində polislə nümayişçilər arasında şiddətli qarşıdurmalar davam edir.

Etirazçılar taxta parçaları, armatur və səki daşları ilə hüquq mühafizə orqanlarına hücum edib.

Qeyd edək ki, oktyabrın 4-də Qırğızıstan Respublikasında parlament seçkiləri keçirilib.

Bir qrup vətəndaş çoxsaylı qanun pozuntularına əsas gətirərək, seçkilərin nəticələrini qəbul etmir.