Azərbaycanlı kişi ilə erməni “kişi”nin fərqi - VİDEO

02:00 06-10-2020 23

Sosial şəbəkələrdə yayılmış erməni və azərbaycanlı kişilərin videosu marağa səbəb olub.

Belə ki, əvvəlcə yerli televiziya kanallarından birinə açıqlama verən erməni iddialı danışır və “onlar milyonlarla olsa da, mənə inanın, biz qalib gələcəyik”, - deyir.

Elə bu anda uzaqdan eşidilən partlayış səsi kişinin sözünü ağzında qoyur və o, qəfil sıçrayaraq olduğu yerdən sürətlə uzaqlaşır.

Ardınca isə azərbaycanlı kişinin açıqlaması göstərilir. Ermənidən qorxmamaq haqqında danışan, işğalda olan torpaqların azad olunmasının vacibliyini vurğulayan azərbaycanlı kişi yaxınlıqda partlayış olsa da, səsə reaksiya vermir, üstəlik bu səsin onun heç tükünü də tərpətmədiyini deyir.

Görüntünü təqdim edirik: