“Kral klubu” Benzamaya xüsusi forma təqdim etdi

02:40 06-10-2020 18

Madrid “Real”ının fransalı hücumçusu Kərim Benzema “Kral klubu”nun heyətində vurduğu 250-ci qola görə xüsusi mükafat alıb.

Bu barədə məlumat klubun rəsmi “Twitter” səhifəsində dərc edilib.

Rəhbərlik hücumçuya klubun heyətində vurduğu qolların sayına əsasən 250 nömrəli formanı təqdim edib.

“Çox xoşbəxtəm, vurduğum qollarla fəxr edirəm və qollarımı sıralamağa davam etməyə hazırlaşıram”, - deyə 32 yaşlı futbolçu qeyd edib.

Qeyd edək ki, K. Benzema 2009-cu ildə Madrid “Real”ına transfer olub.