Sirk tamaşası zamanı dəhşət: Ayı təlimçisinə hücum etdi - VİDEO

06:40 06-10-2020 16

Sosial şəbəkələrdə sirk tamaşası zamanı yaşanan dəhşətli anla bağla kadrlar böyük səs-küy doğurub.

Videoda 540 kiloqram çəkidə olan qonur ayının öz təlimçisinə hücum edərək onu dişləməsi əks olunub.

“Daily Mail”in məlumatına görə, hadisə Çində yaşanıb.

Məlumata görə, vəhşi heyvanın qəzəblənməsinə səbəb təlimçinin tamaşaçılardan birinin atdığı kolbasanı yeməyə ona icazə verməməsi olub.

Kişinin yüngül travma aldığı bildirilir. Çünki belə qəzaların qarşısını almaq üçün heyvanın kiçik yaşlarından dişləri kütləşdirilibmiş.

Hadisə sosial şəbəkədə birmənalı qarşılanmayıb. İstifadəçilərin əksəriyyəti belə tamaşaların boykot edilməsinə çağırıb.