Dəniz canlılarının qəbiristanlığından sualtı görüntülər - VİDEO

08:20 06-10-2020 526

Dalğıclar ekoloji fəlakətin yaşandığı Kamçatkadan sualtı görüntüləri paylaşıblar.

REN TV-nin məlumatına görə, yayımlanan görüntülərdə sahil və dəniz dibinin sözün əsl mənasında dəniz heyvanlarının qəbiristanlığına çevrildiyi görünür.

Xatırladaq ki, bir müddət əvvəl Kamçatkanın çimərlikləri ilə dolmuşdu. Bundan başqa dənizdə çimən insanlar və ya su ilə hansısa formada təması olanlar müvəqqəti korluq yaşamışdılar.

Bu hal geniş ictimai rezonans doğurmuşdu. Ehtimal olunur ki, hadisəyə səbəb Sakit okean sularının çirklənməsidir.

Rusiya Federasiyası Baş Prokurorluğu suyun çirklənməsi faktının yoxlanmasını nəzarətə götürüb.