Koronavirus 150 milyon insanı yoxsulluq riski ilə qarşı-qarşıya qoyub

09:00 06-10-2020 389

Dünyada gələn ilə qədər 150 milyon insan yenidən yoxsulluq həddindən aşağı səviyyədə yaşaya bilər.

“Dünya” qəzeti xəbər verir ki, bunu Dünya Bankının rəhbəri Devid Malpass deyib. 

Onun sözlərinə görə, COVID-19 infeksiyası yoxsulluğa qarşı əldə edilən bəzi uğurları puç edib. 

Dünya Bankının rəhbəri əlavə edib ki, koronavirus infeksiyası ən kasıb ölkələrdə borc böhranına təkan verə bilər:

“Bəzi ölkələrin aldıqları borcu ödəyə bilmədikləri aşkardır. Buna görə də borc səviyyəsini aşağı endirməliyik. Buna borcun qaytarılmasının müddətini təxirə salmaq və ya ləğv etmək də demək olar”.