Ukraynanın Beşinci kanalında Ermənistanın Azərbaycan şəhərlərini atəşə tutmasından danışılıb - VİDEO

16:40 06-10-2020 416

Ukraynanın Beşinci kanalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri izah edən bir neçə süjet hazırlayıb.

Kanalın müxbirləri təkcə paytaxt Bakıya deyil, həm də Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən müntəzəm atəşə məruz qalan şəhərlərinə, xüsusən də Tərtərə gediblər, yerli sakinlərlə danışıblar və dağıntılarla bağlı görüntüləri nümayiş etdiriblər.