Suaresin 9 nömrəli formasının yeni sahibi bəlli oldu - FOTO

08:00 07-10-2020 425

İspaniyanın “Barselona” futbol klubu 2020-2021-ci il mövsümündə futbolçuların çıxış edəcəyi nömrələri təqdim edib.

Bu barədə məlumat klubun rəsmi “Instagram” səhifəsində yayımlanıb.

Uruqvaylı hücumçu Luis Suaresin çıxış etdiyi 9 nömrəli formanı danimarkalı hücumçu Martin Breytveyt daşıyacaq.

29 yaşlı futbolçu bundan əvvəl 19 nömrəli forma altında çıxış edirdi.