Krımda Müdafiə Nazirliyinin sanatoriyasında güclü yanğın olub - VİDEO

11:00 07-10-2020 399

Rusiya Müdafiə Nazirliyinin Krımda yerləşən “Yalta” sanatoriyasında güclü yanğın başlayıb.

TASS ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadla xəbər yayır.

Bildirilir ki, yanğın 1 200 kvadrat metr ərazidə lokallaşdırılıb.

Sanatoriyada olan 300 nəfər binadan çıxarılıb.

Yanğının söndürülməsinə 40-dan çox insan, 13 texnika cəlb edilib.

İnsan itkisinin olmadığı bildirilir.