“Hər şeyimiz dağılsın, amma torpaqlarımızı geri alaq” - VİDEO

14:40 07-10-2020 425

Tərtərin Səhliabad kəndinin sakinləri Ermənistan hərbi qüvvələrinin ağır artilleriyadan endirdiyi zərbələrə baxmayaraq, həyatlarına olduğu kimi davam edirlər.

Baku TV-nin Tərtərə ezam olunmuş xüsusi müxbiri qəhrəman Tərtər sakinlərindən müsahibə götürüb.

Onlar bildiriblər ki, əsgərlərimizin qələbəsi onları daha da ruhlandırır və sevindirir.

“Biz çox sevinirik. Əsgərlərimiz Suqovuşanda bayrağımızı sancanda çox sevindik. Eybi yoxdur, hər şeyimiz dağılsın, amma özümüzə aid olan torpaqlarımızı geri alaq. 1988-ci ildən müharibə gedir, bir dəfə də olsun yerimizdən tərpənməmişik”, - Tərtər sakini bildirib.