Düşmən mərmisi əhaliyə xeyli ziyan vurub - VİDEO

18:00 07-10-2020 17

Bu gün Ermənistan ordusu tərəfindən Ağdama atılan mərmi heyvandarlığa və əhaliyə xeyli ziyan vurub. 

Baku TV xəbər verir ki, Ağdam sakininin sözlərinə görə, 15-20 heyvan tələf olub, bir o qədəri isə yaralanıb. O bildirib ki, əhali arasında ölən və xəsarət alan olmayıb.

“Şükür ki, salamatıq. Əsas özümüzə, ordumuza bir şey olmasın”.