Atası tərəfindən zorlanan 10 yaşlı qız öldü

04:20 08-10-2020 702

ABŞ-da atası tərəfindən zorlanan 10 yaşlı qız ölüb. 

Bununla bağlı “Fox23 News” Montqomeri vilayətinin prokuroru Kevin Stilə istinadən xəbər yayıb. 

Bildirilib ki, xəstəxanaya çatdırılan qızın həyatını xilas etmək mümkün olmayıb. Qızın atası saxlanılıb. 

Qeyd edilib ki, həmin şəxs internet vasitəsilə azyaşlını necə qətlə yetirməyi araşdırıb. Onu ömürlük həbs cəzası gözləyir. 

Saxlanılan şəxsin futbol üzrə gənclərdən ibarət komandanın məşqçisi olduğu açıqlanıb.