Qırğızıstanda naməlum şəxslər dövlətə məxsus dəmir yolu şirkətini ələ keçirməyə cəhd göstərib

07:20 08-10-2020 16

Bu gün Qırğızıstanda naməlum şəxslər Bişkekdə dövlətə məxsus “Qırğız Demir Yolu” şirkətini ələ keçirməyə cəhd göstəriblər.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Şirkət nümayəndəsi bildirib ki, bir qrup naməlum şəxs binaya soxulub, turniketi qırıb, direktor kabinetini ələ keçiriblər.

Son məlumata əsasən, hazırda müəssisə normal rejimdə işləyir, nəqliyyatın təhlükəsizliyi təmin edilib.