Erməni təxribatına məruz qalan Təzəkənddə bir gün - OXU.AZ-ın VİDEOSU

16:00 08-10-2020 734

Düşmən Ağcabədi rayonunun Təzəkənd kəndini atəşə tutub.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakinləri hər fürsətdə əsgərlərə yardım etməyə, onların ruh yüksəkliyini daha da artırmağa çalışır. 

Kənd sakinləri atəş səslərinə baxmayaraq, böyük cəsarət göstərirlər. İkinci qrup Qarabağ əlili olan kənd sakini deyir ki, 1990-1992-ci illərdə könüllü olaraq Qarabağ uğrunda döyüşlərdə iştirak edib:

“Biz o vaxt da düşməndən qorxmurduq, bu gün də qorxmuruq. Azərbaycanın ərazi bütövlüyü uğrunda hər zaman döyüşməyə, canımdan keçməyə hazıram. Ali Baş Komandanımızın rəhbərliyi ilə qısa zamanda erməniləri Qarabağdan çıxaracağıq. Çox yaxında Azərbaycan ordusu Xankəndində, Laçında, Şuşada Azərbaycanın üçrəngli bayrağını dalğalandıracaq.

Ermənilərə buradan mesajım budur ki, çıxsınlar bizim torpaqlarımızdan. Ali Baş Komandanımızın yanındayıq. Göydə Allahın, yerdə Azərbaycan ordusunun gücü, əzmi ilə erməniləri Qarabağdan çıxaracağıq. Xalq olaraq əlimizdən gələn köməyi göstəririk”.

Rauf Nəsirov