Tələbələr pul qazanmaq üçün qəsdən koronavirusa yoluxmaqda şübhəli bilinirlər

06:20 16-10-2020 304

ABŞ-ın Briqam Yanq Universiteti bəzi tələbələrin anticismlərin olduğu qaz plazmasını sonradan satmaqdan ötrü qəsdən koronavirus infeksiyasına yoluxmağa çalışmalarına dair daxil olan məlumatlarla bağlı araşdırmaya başlayıb.

“Belta” xəbər verir ki, təhsil müəssisəsinin rəhbərliyi bu cür davranışı qınayan bəyanatla çıxış edib.

Əgər məlumatlar öz təsdiqini taparsa, təqsirkarlar universitetdən xaric ediləcək.

Qeyd edilir ki, anticismlərin olduğu qan plazması verən insanlara ianələrin toplanması üzrə yerli internet saytların birində 100 dollar məbləğində pul mükafatı təklif olunur. Bununla belə, koronavirusa yoluxub sağalan şəxs plazmanı bir neçə dəfə verə bilər.