Başda dəlik effekti yaradan tatu maraqla qarşılandı - FOTO

09:00 16-10-2020 416

ABŞ-ın Yuta ştatında başa dəlik effekti verən tatu edilib.

“Daily Star” xəbər verir ki, Met Person adlı tatu ustasının dostu Rayanın başının arxasına etdiyi tatu marağa səbəb olub.

Onun “Instagram” hesabında bununla bağlı paylaşımı qısa müddətdə çox sayda bəyənmə qazanıb.

Şərhlərdə insanlar bunun həddindən artıq inanılmaz bir şey olduğunu, qeyri-adi illuziyaya bənzədiyini yazıblar.