Hamilə qadının koronavirusa yoluxmasının dölə təsiri açıqlanıb

10:00 16-10-2020 14

Ananın koronavirusa yoluxması ilə döldə fəsadların yaranma ehtimalı, xüsusən də hamiləliyin son dövrlərində praktik olaraq istisna edilir.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin reproduktiv sağlamlıq üzrə baş müstəqil mütəxəssisi Oleq Apolixin bildirib.

O, həmçinin vurğulayıb ki, bu vəziyyətdə bədənin infeksiya ilə qarşılıqlı təsiri də vacibdir.

Daha əvvəl Apolixin COVİD-19-un hamilə qadında uşaq salma təhlükəsi yaradacağı barədə xəbərdarlıq etmişdi.

Eyni zamanda, mütəxəssis qeyd edib ki, koronavirusu hətta yüngül formada keçirən kişilərdə uzun, ya orta müddətdə kişi sonsuzluğuna səbəb ola biləcək otoimmün xəstəliklər və pozuntular inkişaf edə bilər.