Hansı şəxslər övladlığa, qəyyumluğa və himayəyə götürmədə iştirak edə bilməz? - QƏRAR

10:40 16-10-2020 429

“Övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin Siyahısının təsdiq edilməsi barədə” Qərara dəyişiklik edilib.

Nazirlər Kabinetinin qərarına əsasən, övladlığa götürməyə, qəyyumluğa və himayəyə imkan verməyən xəstəliklərin siyahısı aşağıdakı kimidir:

Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi;

Bütün növ infeksion (yoluxucu) xəstəliklər;

Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr;

Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları;

Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.