Düşmən Gəncəni raket atəşinə tutdu: beş nəfər ölüb, ikisi uşaqdır

02:40 17-10-2020 20

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində beş nəfər ölüb, 35 nəfər xəsarət alıb. 

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

O bildirib ki, ölənlərdən ikisi uşaqdır:

“Axtarış-xilasetmə işləri davam etdirilir. Ermənistan terror və müharibə cinayətlərini davam edir”.

H.Hacıyev digər tvitində isə Ermənistanın məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

“Azərbaycan mülki əhalisinə olan qorxaq və xain raket hücumları, o cümlədən Gəncəyə növbəti raket zərbələri, Ermənistanın dövlət səviyyəsində terror və soyqırım aktı siyasətini davam etdirdiyini göstərir. Ermənistan məsuliyyətə cəlb edilməlidir”, - H.Hacıyevin paylaşımında bildirilir.