Türkiyə prezidentinin köməkçisi: “Heç bir insanlıq cinayəti cəzasız qalmır”

06:20 17-10-2020 458

“Müharibə cinayəti törədən terrorçu və işğalçı dövlət Ermənistan Gəncədə qadın, uşaq, yaşlı demədən mülki insanları vurdu və çirkin simasını bir daha göstərdi”. 

Bu sözləri Türkiyə prezidentinin köməkçisi Fuad Oktay “Twitter” hesabında yazıb. 

Onun sözlərinə görə, bunun adı qorxaqlıq, xəyanətkarlıq, hüquqların tanınmamasıdır. 

“Hər məsələdə sözü olan ölkələrin və beynəlxalq təşkilatların işğalçı Ermənistanın dinc sakinləri qətlə yetirməsinə səssiz qalması düşündürməlidir. Heç bir insanlıq cinayəti cəzasız qalmır. 

Can Azərbaycanın daha da güclü şəkildə yanında olmağı davam edəcəyik”, - o bildirib.