Baş Prokuror: “Ermənistan artıq odla oynayır”

18:20 17-10-2020 455

“Ermənilərin Gəncədə törətdikləri faciə bəşəriyyət əleyhinə olan cinayətdir”.

HerGun.Az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu barədə Baş Prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərin çox ciddi siyasi, hərbi, hüquqi məsuliyyəti olacaq:

“Ermənistan həm siyasi, həm diplomatik, həm hüquqi, həm də hərbi sahələrdə ciddi zərbələr alacaq. Mən hesab edirəm ki, Ermənistan rəhbərliyi odla oynayır. Onların bu hərəkətlərinə adekvat cavablar olacaq”.

Fərdin İsazadə