Xarici media nümayəndələri Gəncədəki terrorda gördüklərindən danışdılar - VİDEO

07:20 18-10-2020 542

Xəbər verdiyimiz kimi, oktyabrın 17-si gecə saatlarında Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Gəncə şəhərini atəşə tutub. Raketlərdən ikisi yaşayış evlərinin üzərinə düşüb və dağıntılar meydana gəlib. Hadisə nəticəsində 14 nəfər həlak olub, 52 nəfər yaralanıb. 

Baş vermiş hadisəni Gəncədə olan xarici medianın, xüsusilə də qardaş Türkiyənin KİV nümayəndələri geniş şəkildə işıqlandırıb. 

Hadisə yerində çəkilişlər aparan media nümayəndələri Baku TV-yə Gəncə terrorunu işıqlandıran zaman gördüklərini danışıblar. 

Baku TV-nin həmin süjetini təqdim edirik: