Çində dondurulmuş balıqda canlı koronavirus tapıldı

10:20 18-10-2020 342

Çində qablaşdırılan dondurulmuş qidalarda insanın yoluxa biləcəyi canlı koronavirus aşkar edilib.

Bu barədə Çinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında məlumat yayılıb.

Bildirilir ki, SARS-CoV-2 virusu xaricdən gətirilən dondurulmuş balıqlarda aşkarlanıb.

Çinli mütəxəssislərin fikrincə, bu hal koronavirusun yeni növünün xüsusi şərtlər altında cisimlərdə uzun müddət qalacağı fərziyyəsini təsdiqləyir.

Qeyd edək ki, koronavirusun ilk yayıldığı Çin yoluxma sayına görə ölkələr arasında 53-cü yerdədir.