Monoetnik Ermənistanın tolerant Azərbaycanla müqayisəsi - VİDEO

12:20 18-10-2020 447

Daim terror hücumları, işğalçı siyasəti, mənfur xisləti ilə tanınan Ermənistan monoetnik, millətçi ölkədir.

Sosial şəbəkələrdə Azərbaycan və Ermənistanda dini konfessiyalara və milli azlıqlara dövlət səviyyəsində münasibət müqayisə olunur. 

Belə ki əsas dini təriqəti islam olan Azərbaycanda 150 000 xristian və 15 000 yəhudinin yaşadığı halda Ermənistanda cəmi 812 müsəlman və 500 yəhudi var. 

Bütün dinlərə hörmətlə yanaşan tolerant dövlətimizdə 14 kilsə, 7 sinaqoq olduğu halda, Ermənistanda cəmi 1 məscid və 1 sinaqoq var. Ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında Qarabağ ərazisində olan məscidlərdən tövlə kimi istifadə edərək orada heyvan saxlayıblar. Bu, erməni vandalizminin bir daha bariz nümunəsidir.

Azərbaycanda yüzlərlə rus bölməsi olan orta və ali məktəb olduğu halda, Ermənistanda bir dənə də olsun belə təhsil ocağı yoxdur.