Xorvatiyanın baş nazirinə naməlum toz və təhdidlərlə dolu məktub göndərdilər

04:00 19-10-2020 557

Xorvatiya Baş naziri Andrey Plenkoviç içində ağ toz olan zərf və təhdidlərlə dolu məktub alıb.

Bu barədə yerli informasiya portalı “Dnevnik” hökumətdəki mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, məktub Plenkoviçə hakim Xorvatiya Demokratik Birliyi Partiyasının qərargahından göndərilib. Polis hadisə ilə əlaqədar istintaqa başlayıb.

12 oktyabrda 22 yaşlı Xorvatiya vətəndaşı Daniel Bezuk Zaqrebdə dövlət idarələrinin yerləşdiyi meydanın xaricində növbətçilik edən üç polis məmuruna avtomat silahdan atəş açıb. Hücum nəticəsində bir təhlükəsizlik məmuru bir neçə güllə yarası alıb. Atəş edən şəxs isə intihar edib.

Cümə axşamı respublikanın Daxili İşlər Nazirliyinin başçısı Davor Bojinoviç jurnalistlərə açıqlamasında bildirib ki, ölkənin baş nazirinə sui-qəsd cəhdi də daxil olmaqla, hökumət binasının yerləşdiyi ərazidə atışma hadisəsi araşdırılır.