Kompüter, elektron və optik mәhsulların istehsalı 39 faiz artıb

04:20 19-10-2020 374

Kompüter, elektron vә optik mәhsulların, elektrik avadanlıqlarının istehsalı sahәlәrindә 159,3 milyon manatlıq mәhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, әvvәlki ilin yanvar-sentyabr ayları ilә müqayisәdә, kompüter, elektron vә optik mәhsulların istehsalı 39,7 faiz artıb, elektrik avadanlıqların istehsalı isә 9,6 faiz azalıb.

Dövr әrzindә әvvәlki ilin yanvar-sentyabr ayları ilә müqayisәdә, 1000 V-dәk gәrginlik üçün hesablanmış elektrik cәrәyanı naqillәrinin istehsalı iki dәfә, avtomatik tәnzimlәmә vә idarәetmә üçün cihaz vә aparatların istehsalı 2,2 dәfә artıb.