Lukaşenko ona sui-qəsdin təşkil etməyə cəhd edildiyini bildirib

07:00 15-11-2020 22

Belarus prezidenti Aleksandr Lukaşenko özünə qarşı sui-qəsd hazırlandığını bəyan edərək, əlavə edib ki, bu cəhdi sübut edən sənədləşdirilmiş faktlar var.

Bu barədə “BelTA” nəşri məlumat yayıb.

“Siz heç olmasa bilirsinizmi ki, birinci seçkilərdə mənə atəş açılıb? Ancaq mən ağlaşma qurmamışam. Bu barədə danışmamışam”, - deyə 66 yaşlı prezident qeyd edib.

Belarus prezidentinin sözlərinə görə, bu insident 1994-cü il prezident seçkiləri ərəfəsində baş verib:

“İşi araşdırmağa belə başlamadım, indi bu sənədlər KQB-də toz yığıb”