Moldovada prezident seçkilərində səsvermə başladı

11:00 15-11-2020 412

Moldovada Prezident seçkilərinin ikinci turu başlayıb.

TASS yazır ki, səsvermə yerli vaxtla 07:00-da (Bakı vaxtı ilə 09:00 - red.) start götürüb.

Respublika ərazisində 2 004 seçki məntəqəsi açılıb, digər 26 ölkədə 139 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Moldova Mərkəzi Seçki Komissiyası MDB, ATƏT, Aİ, habelə Rusiya, ABŞ və digər dövlətlərin nümayəndələri daxil olmaqla, 2,6 mindən çox müşahidəçini akkreditə edib. Asayişin təmin edilməsinə məntəqələrdən kənarda altı mindən çox polis məmuru cəlb olunub.

Bütün seçki məntəqələri dezinfeksiyaedicilərlə təchiz olunub, girişdə hərarət ölçülür.

MSK qərarına görə, seçicilərin 36,1 faizinin (487 min səs) dəstəyini qazanan “Fəaliyyət və Həmrəylik” partiyasının rəhbəri Maya Sandi və 32,6 faiz (439 min) nəticə ilə hazırkı prezident İqor Dodon ikinci tura daxil olub.

Moldova ərazisində seçkilər saat 21:00-da (Bakı vaxtı ilə 23:00 - red.) bitəcək.