Ermənistan tərəfi Kəlbəcərdəki insanların çıxarılmasına görə vaxt istədi - RƏSMİ

15:00 15-11-2020 21

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Respublikasının Prezidenti Vladmir Putinlə telefon danışığı olub. Danışıq zamanı Ermənistan tərəfinin müraciəti Rusiya vasitəsilə Azərbaycana çatdırılıb”.

HerGun.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu bu gün keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi işğal olunmuş ərazilərimizdən çıxmaq üçün Azərbaycandan vaxt istəyib:

“Erməni silahlı qüvvələri insanların oradan çıxarılması üçün noyabrın 25-nə kimi vaxt istəyib. Kəlbəcər rayonu coğrafi baxımdan böyük bir ərazini əhatə edir. Kəlbəcər-Zod-Vardenis yoludur. Ərazinin coğrafiyası və relyefi də çətindir. Yolda sıxlıq əsaslı şəkildə artıb”.

“Kəlbəcərdə yerləşdirilən mülki əhalinin çıxması ilə bağlı Azərbaycan humanist addım atıb və noyabrın 25-dək onlar ərazini tərk edəcəklər", - deyə H.Hacıyev qeyd edib.

İlhamə Əbülfət