Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”

20:40 15-11-2020 27

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyi və müdafiə-sənayesi kompleksi rəhbərliyi ilə iclas zamanı kreslosunun digərlərindən uzaqda yerləşdirilməsi ilə bağlı zarafat edib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Uzaqda oturmusunuz? Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”, -deyə V.Putin soruşub.

Bu suala Rusiyanın Müdafiə naziri Sergey Şoyqu belə cavab verib: “Vladimir Vladimiroviç, biz sizdən qorxuruq”.

Qeyd edək ki, V.Putinin kreslosunun bir qədər aralıda yerləşdirilməsi koronavirus pandemiyası ilə bağlı xüsusi sanitariya tədbirləri ilə əlaqədar olub.