Hava limanı yolunda qəza tıxaca səbəb oldu

22:00 15-11-2020 715

“Heydər Əliyev prospekti - Hava limanı yolunda (Bülbülə qəsəbəsi saatın yanı) yol nəqliyyat hadisəsi baş verib”

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial media hesabında yazıb.

Onun sözlərinə görə, bu səbəbdən də hazırda yolda sıxlıq müşahidə olunur.