Türkiyəli məşhur müğənni koronavirusa yoluxdu

01:20 16-11-2020 19

Türkiyəli məşhur müğənni İrem Derici koronavirusa yoluxub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Dadbilmə və iybilmə qabiliyyətini itirdiyini hiss edən müğənni xəstəxanaya yollanaraq testdən keçib və müsbət nəticə ilə qarşılaşıb. Hazırda məşhur müğənni evində özünü təcrid edib.