Millətlər Liqası: İngiltərə Belçika ilə bacarmadı, İtaliya lider oldu

02:00 16-11-2020 23

Millətlər Liqasının qrup mərhələsinin V turu başa çatıb.

HerGun.Az xəbər verir ki, bu turda nəzərdə tutulan bir oyun keçirilməyib. Rumıniya - Norveç qarşılaşması qonaqların futbolçularının koronavirusa yoluxması səbəbindən baş tutmayıb. Qarşılaşma ilə bağlı qərarı UEFA verəcək. 

Digər qarşılaşmaların nəticələrini təqdim edirik:

A liqası

Niderland - Bosniya və Herseqovina - 3:1

Belçika - İngiltərə - 2:0

Danimarka - İslandiya - 2:1

İtaliya - Polşa - 2:0

B liqası

Avstriya - Şimali İrlandiya - 2:1

Slovakiya - Şotlandiya - 1:0

Çexiya - İsrail - 1:0

Türkiyə - Rusiya - 3:2

Macarıstan - Serbiya - 1:1

Uels - İrlandiya - 1:0

Bolqarıstan - Finlandiya - 1:2

C liqası

Şimali Makedoniya - Estoniya - 2:1

Gürcüstan - Ermənistan - 1:2

Sloveniya - Kosovo - 2:1

Moldova - Yunanıstan - 0:2

Albaniya - Qazaxıstan - 3:1

Belarus - Litva - 2:0

Qeyd edək ki, sonuncu – VI turun oyunları noyabrın 17-18-də keçiriləcək.