Efiopiyada avtobusa hücum olub, 30-dan çox sərnişin öldürülüb

05:20 16-11-2020 327

Efiopiyanın qərbində naməlum şəxslər avtobusa silahlı hücum edib.

“France-Press” agentliyinin verdiyi məlumata görə, öldürülənlərin sayı hazırda 34 nəfərə çatır, lakin bu rəqəm arta bilər.

Avtobusa silahlı hücum ötən gecə Sudanla həmsərhəd olan Benişanqul/Qumuz ştatında edilib.