Mingəçevirdə intihara cəhdin qarşısı alınıb

06:00 16-11-2020 363

Mingəçevir şəhərində bir nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.