Xaçmaz sakini içkidən zəhərlənib öldü

10:40 16-11-2020 440

Xaçmaz rayon sakini içkidən zəhərlənib.

APA-nın verdiyi məlumata görə, rayonun Nərəcan kənd sakini ,1996-cı il təvəllüdlü Mehrab Baratov zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərinə səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, M.Baratov spirtli içkidən zəhərlənərək ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.