Cəbrayılda komendant rejimini pozanlar tutuldu

14:00 16-11-2020 354

Cəbrayıl şəhəri ərazisində olan komendant postunda “saxla” əmrinə tabe olmamış avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 14-də saat 13 radələrində Cəbrayıl şəhəri ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Toyota” markalı avtomobilə “saxla” işarəsi verib, lakin buna baxmayaraq, sürücü hərəkətini davam etdirib. Həmin avtomobil digər postda polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü, Füzuli rayon sakini R.Bayramlı və 5 sərnişini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) və 517-2.6-cı (Hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə) maddələri ilə protokollar tərtib olunub.

Rayon məhkəməsi tərəfindən hər biri 200 manat məbləğində cərimə olunublar.