Azərbaycanın ticarət dövriyyəsi 21 milyard dolları üstələyib

19:40 16-11-2020 24

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 21 milyard 1,4 milyon ABŞ dolları dəyərində olub.

HerGun.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 25,7 faiz azalıb.

Ölkənin ixrac həcmi idxal həcmini üstələyib və 3 milyard 466,7 milyon ABŞ dolları həcmində müsbət xarici ticarət saldo yaranıb.

Azərbaycan müvafiq dövrü ərzində 12 milyard 234,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. İxrac həcmi ötən ilin eyni dövrünə nisbətən 27,3 faiz azalıb.

2020-ci ilin ilk 10 ayında ölkəmiz 8 milyard 767,4 milyon ABŞ dolları həcmində məhsul idxal edib. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz azdır.

Azərbaycanla ticarət əməkdaşlığında 182 ölkə iştirak edib. Xarici ticarət iştirakçılarının ümumi sayı 39 096 olub. Eləcə də, xarici ticarət tərəfdaşlarının 31 min 441-i fiziki şəxslər, 7 min 655-i hüquqi şəxslər olub. O cümlədən, 248-i dövlət sektoru, 7 min 407-si özəl sektoru əhatə edib.

Nigar Məmmədova