Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri: “Erməni qabağımızdan qaçırdı” - VİDEO

21:00 16-11-2020 17

Şuşa uğrunda gedən döyüşlərdə yaralanan qazimiz Vüsal Şahbazovu tanıyan hər kəs onun qəhrəmanlığından danışır. 

Baku TV xəbər verir ki, Vüsal Şahbazov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusudur. Tarix yazan gənclərimizdəndir. O, Şuşa uğrunda gedən döyüşlərdə yaralanaraq qazi olub.

Vüsalın qardaşı Vüqar da vətən müharibəsində yaralanıb. Valideynləri oğlanları ilə fəxr etdiklərini deyirlər. Bacısı Nahidə Ağayeva deyir ki, qardaşı yaralı olanda belə yarasını gizlədib.

Vüsalın vətənpərvərlik hissi lap uşaq vaxtlarından formalaşıb. Yaxınları, Vüsalı tanıyan hər kəs onun Vətən müharibəsində düşmənə necə qan uddurmasından danışır.