İrəvanda “Armenia” aviaşirkətinin ofisi qarət olundu

21:40 16-11-2020 436

“Armenia” aviaşirkətinin direktorunun ofisindən külli miqdarda pul oğurlanıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

“15 noyabr saat 10:41-də polis bölməsinə aviaşirkətin direktor müavini tərəfindən məlumat daxil olub. O bildirib ki, naməlum şəxs və ya şəxslər aviaşirkətin ofisinə daxil olub, direktorun kabinetindən külli miqdarda pul aparıblar”, - deyə agentlik yazıb.

Polis faktla bağlı araşdırma başladıb.