Paşinyanın tərəfdarları müxalif siyasi fəalı bıçaqladı

03:00 17-11-2020 411

İrəvanda naməlum şəxslər müxalif siyasi fəal, “Adekvat” Partiyasının üzvü Konstantin Ter-Nakalyana hücum ediblər.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu barədə “Facebook” hesabında hüquq müdafiəçisi Ruben Melikyan yazıb.

R.Melikyanın sözlərinə görə, küçədə iki nəfər baş nazir Nikol Paşinyanın mövqeyini müdafiə edərək Ter-Nakalyanla Qarabağdakı müharibə ilə bağlı mübahisə edib.

Bundan sonra mübahisə davaya çevrilib və Ter-Nakalyanın ayaq və üz nahiyəsinə bıçaq zərbələri endirilib.