Türkiyədə son sutkada koronavirusdan 94 ölüm

05:00 17-11-2020 376

Türkiyədə son sutka ərzində koronavirusa 3316 yeni yoluxma qeydə alınıb, 94 nəfər ölüb.

“RİA Novosti”nin Türkiyə Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, sözügedən rəqəmlər aprel ayından bu yana ön böyük göstərici olub.

Türkiyədə ümumilikdə 417 594 yoluxma qeydə alınıb. 356 375 nəfər müalicə olunaraq sağalıb, 11 601 nəfər ölüb.