BP Azərbaycanda sosial investisiya layihələrinə xərclədiyi məbləği açıqladı

11:20 17-11-2020 486

2020-ci ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 2,6 milyon dollar xərcləyib.

Bundan başqa, BP bu dövr ərzində öz vəsaiti hesabına sosial investisiya layihələrinə 1 milyon 110 min dollar vəsait sərf edib.

“BP Azərbaycan”dan HerGun.Az-a verilən məlumata görə, ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP Azərbaycanda yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

Qeyd edilib ki, bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də, hökumət qurumlarına texniki yardım daxildir.

Nigar Məmmədova