Azərbaycan əhalisinin sayı açıqlandı

14:00 17-11-2020 423

Ölkə əhalisinin sayı məlum olub. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2020-ci ilin yanvar-sentyabr aylarında əhalinin sayı 49184 nəfər və ya 0,5 faiz artaraq, 2020-ci il oktyabr ayının 1-i vəziyyətinə 10116292 nəfərə çatıb.

Əhalinin ümumi sayının 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.