Qubada və Samuxda COVID-19-a yoluxmuş şəxslər yaşayış yerini icazəsiz tərk ediblər

15:20 17-11-2020 24

Samux və Quba rayonlarına “COVİD-19” virusuna yoluxmuş şəxslər yaşayış yerini tərk etdikləri müəyyən edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19-a yoluxmuş bir nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 16-da Samux rayonunun Sərkar kənd sakini, koronavirusa yoluxub və yaşadığı evi tərk edib.

S.İsgəndərova polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, S.İsgəndərovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb. Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19-a yoluxmuş bir nəfərin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Belə ki, noyabrın 16-da Quba şəhəri ərazisində qurulmuş karantin postunda koronavirusa yoluxmuş və yaşadığı evi tərk edib Xaçmaz rayon sakini Z.Kərimova saxlanılıb.

Müəyyən edilib ki, Z.Kərimovanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə ona ev şəraitində müalicə təyin olunub, yaşayış yerini tərk etməməsi, qaydalara riayət etməsi tapşırılıb.

Lakin o, qaydaları pozaraq, yaşadığı ünvanı tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən əraziyə həkim briqadası dəvət edilib və qadın Təcili Tibbi Yardım avtomobili ilə yaşadığı ünvana yerləşdirilib.