Əli eskalatorda qalan rusiyalı uşağı xilas etmək üçün hamı səfərbər oldu - VİDEO

05:40 18-11-2020 497

Rusiyada ticarət mərkəzində dəhşətli hadisə baş verib. Belə ki, uşağın əli eskalatorun arasında qalıb.

Bu barədə kadrları “ÇP Soçi” paylaşıb.

Məlumata görə, uşaq yıxılıb və vaxtında qalxa bilməyib. Nəticədə eskalator onun əlini çəkməyə başlayıb.

Videoda onlarla sakinin ağrıdan qışqıran uşağın əlini xilas etmək üçün pilləkənin hərəkətini dayandırmağa çalışması görünür.

Xoşbəxtlikdən uşağın əlləri ciddi xəsarət almayıb. O, cızıqlar və bərk qorxu ilə canını qurtara bilib.