Azərbaycanda koronavirusa yoluxanların statistikası açıqlandı - FOTO

11:20 18-11-2020 18

Azərbaycanda koronavirus xəstələrinin rayonlar üzrə dəqiq təsnifatı yayımlanıb. 

HerGun.Az koronavirusinfo.az-a istinadən xəbər verir ki, ən çox yoluxma Bakıda qeydə alınıb.

Ümumi yoluxmanın 53,5 faizi Bakının, 13,8 faizi Abşeronun, 11,3 faizi Aranın, 7,2 faizi Gəncə-Qazaxın, 4 faizi Lənkəranın, 3,3 faizi Şəki-Zaqatalanın, 3,2 faizi Quba-Xaçmazın, 1,9 faizi Dağlıq Şirvanın, 1,0 faizi Yuxarı Qarabağın, 0,06 faizi Naxçıvanın payına düşüb.

Koronavirusa yoluxanların 0,7 faizini ölkə xaricindən gələnlər təşkil edir.